“Səni axtarıram” ölümə səbəb olubmu?

“Səni axtarıram” ölümə səbəb olubmu?
  18 Sentyabr 2014    Oxunub:2215
68 yaşlı Yusif Əhmədov televizorun qarşısında keçinib
Azərbaycanda ən çox izlənilən proqramlardan biri olan "Səni axtarıram"ı izləyərkən bir nəfər dünyasını dəyişib.

AzVision.az musavat.com-a istinadən xəbər verir ki, belə ki, Biləcəri qəsəbəsində yaşayan 68 yaşlı Yusif Əhmədovun ölümü ilə bağlı danışan qohumları bildirir ki, həqiqətən də mərhumun ürəyini tutması “Səni axtarıram”a tamaşa edərkən baş verib: “Həmin gün axşam yeməyini yeyəndən sonra qayınatası adəti üzrə televizor qarşısına keçib və yoldaşından çay istəyib: “Bu zaman qəfildən dili qatlanıb. Qayınanam müdaxilə edib, dərman verib və sair. Amma onu xilas etmək mümkün olmayıb. Təcili yardım gələndə kişi dünyasını dəyişmişdi”.

Yaxın qonşuları isə iddia edir ki, Y.Əhmədovun ölümünə Təcili Tibbi Yardım Xidmətinin gec gəlməsi səbəb olub. Onların dediyinə görə, xidmətə zəng edərkən dispetçerlər vaxt oğurlayıb, yersiz-yersiz suallar veriblər: “Gah soruşdular ki, bəlkə ürəyi tutmayıb, eləcə yatıb? Sonra dedilər, fikir verməyin, axşam saatıdır, hamıda gərginlik var. Halbuki dərhal gəlsəydilər, bu hadisə baş verməzdi”.


Teqlər:  





Xəbər lenti