`Azərbaycan Ukraynanın daxili işinə qarışmır`- Polad Bülbüloğlu

`Azərbaycan Ukraynanın daxili işinə qarışmır`- Polad Bülbüloğlu
  18 Sentyabr 2014    Oxunub:1587
Rəsmi Bakı hesab edir ki, istənilən, o cümlədən Ukraynadakı münaqişəni danışıqlar yolu ilə həll etmək lazımdır.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün İTAR-TASS-da keçirilən mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Diplomat deyib ki, Ukraynadakı hadisə bütün postsovet ölkələrin həyatında olduqca xoşagəlməz məqamdır: "Bu gün Ukraynada baş verənləri qorxulu yuxuda da görmək olmaz. Azərbaycan dövlətlərin ərazi bütövlüyünə sadiqdir. Hesab edirik ki, İkinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamını pozmaq olmaz".

Onun sözlərinə görə, Bakı bunu Ukraynanın daxili işi hesab edir: "Orada mahiyyət etibarilə vətəndaş müharibəsi gedir. Hesab edirik ki, istənilən münaqişəni siyasi yolla, danışıqlar yolu ilə nizamlamaq lazımdır".

P.Bülbüloğlu Rusiya ilə əməkdaşlığa görə xaricdən Bakıya təzyiqlərin edilib-edilməməsi ilə bağlı suala cavab verərkən bildirib ki, Azərbaycana xaricdən təzyiqlər işləmir: "Müxtəlif qüvvələr və ölkələr bizə təsir etməyə çalışırlar, müxtəlif piar kampaniyalar keçirilir, lakin biz buna sakit yanaşırıq. Bizə xarici təzyiqlər işləmir".

Səfir əlavə edib ki, Azərbaycan Prezidenti peşəkar diplomatdır: "Biz suveren müstəqil siyasət yürüdürük".


Teqlər:  





Xəbər lenti