Oqtay Şirəliyev şikayətçilərlə görüşəcək

Oqtay Şirəliyev şikayətçilərlə görüşəcək
  18 Sentyabr 2014    Oxunub:1324
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu davam etdirilir.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 19-da Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlar üçün qəbul keçirəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Beyləqan rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbulda sakinlərin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ağdam Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.


Teqlər:





Xəbər lenti