Deputatın işdən çıxarılan qardaşı haqda AÇIQLAMA

Deputatın işdən çıxarılan qardaşı haqda AÇIQLAMA
  19 Sentyabr 2014    Oxunub:3239
Bu gün mətbuatda yer alan məlumata görə, Ağcabədi rayon dövlət yol polisi bölməsinin rəisi, millət vəkili Sabir Rüstəmxanlının qardaşı Dilavər Rüstəmxanlı vəzifəsindən azad edilib.
Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq.

AzVision.az-a açıqlamasında E.Zahidov Dilavər Rüstəmxanlının işdən çıxarılmasından xəbərsiz olduğunu, bu barədə dəqiqləşdirmə apardıqdan sonra məlumat veriləcəyini bildirib.

Dilavər Rüstəmxanlının qardaşı “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə məsələ ilə bağlı danışmaq istəməyib: “Mən hansı bir formada bu məsələni şərh edə bilmərəm. Qardaşım da olsa, mənə aid ola bir məsələ deyil. Onun işlədiyi qurumun mətbuat xidməti ilə əlaqə saxlayın”, deyə əlavə edib.

Qeyd edək ki, “Qafqazinfo”-nun məlumatına görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə rəis Dilavər Rüstəmxanlı vəzifəsindən azad edib. O, sərəncama götürülüb. Onun yerinə hələlik təyinat olmayıb.

Mirvari Nəcəf


Teqlər:  



Xəbər lenti