Azad Rəhimov yeni vəzifəyə seçildi

Azad Rəhimov yeni vəzifəyə seçildi
  19 Sentyabr 2014    Oxunub:4103
İsveçrənin Makolin şəhərində keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 13-cü Konfransı yekunlaşıb.
AzVision.az xəbər verir ki, konfransda İsveçrənin müdafiə, mülkü müdafiə və idman naziri Ueli Maurer sədr, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə sədr müavini seçilib.

Konfrans zamanı “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələrin qəbul edilib.

Tədbir zamanı “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzalanmağa açıq elan edilib. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyaya ilmza atan ilk ölkə olub. İmzalanma mərasimində Avropa Şurasının Baş Katibi T. Yaqland da iştirak edib.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti