Qeydiyyatdan keçməyənlərə daha bir qadağa
Onun sözlərinə görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qəbulundan irəli gələrək xeyli sayda qanunlara təklif olunan dəyişiklikdə belə bir məqam öz əksini tapıb:
“Həmin dəyişikliyə əsasən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyən heç bir qurum, heç bir təşkilat bundan sonra sahibkarları, iş adamlarını yoxlaya bilməyəcək. Yoxlama aparmaq üçün onlar mütləq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli olacaqlar. Bu, olduqca çox müsbət və əhəmiyyətli bir addımdır. Şəxsən mən bu addımı çox yüksək qiymətləndirirəm".
Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qəbulu ilə bağlı "Sahibkarlıq fəaliyyəti haqqında", "Qiymətli kağızlar haqqında", "İnvestisiya fondları haqqında" və sair qanunlara məlum dəyişiklik təklif olunub.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


