Deputat həmkarlarına irad tutdu

Deputat həmkarlarına irad tutdu
  19 Sentyabr 2014    Oxunub:1441
"Qiymətləndirmə ilə bağlı qanunun qəbuluna ciddi ehtiyac var"
Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında yenidən qiymətləndirmə fəaliyyəti ilə bağlı qanun layihəsi gündəmə gətirilib.

AzVision.az xəbər verir ki, bu məsələni növbəti dəfə komitə üzvü, adıçəkilən qanun layihəsinin müəllifi Xanhüseyn Kazımlı qaldırıb.

Onun qeyd etdiyinə görə, belə bir sənədin qəbulu olduqca vacidbir:

"Qanunun adı istər "Qiymətləndirmə haqqında", istərsə "Tənzimlənən qiymətlər haqqında" olsun, elə bir fərqi yoxdur, əsas odur ki, neçə illərdir onun ətrafında müzakirələr gedir, belə bir sənədin qəbulununun vacibliyi vurğulanır, amma təəssüflər olsun ki, hər dəfə parlament müzakirələrinə çıxarılması təxirə salınır. Ona görə bir daha belə hesab edirəm ki, nəhayət, qiymətləndirmə ilə də bağlı qanun layihəsi parlamentin qanunvericilik işləri planına salınmalı və müzakirələrə çıxarılmalıdır".

Sevinc İltifatqızı


Teqlər:



Xəbər lenti