Azərbaycanda kimlərin şəxsi helikopteri var?

Azərbaycanda kimlərin şəxsi helikopteri var?
  19 Sentyabr 2014    Oxunub:18835
Azərbaycanın tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun tələbə oğlunun 650 min manatlıq maşın sürməsi geniş müzakirələrə səbəb olub.

Tələbənin bahalı maşınla universitetə gəlməsi diqqət çəkdiyi kimi İsfəndiyar Axundovun oğlu ilə bağlı mətbuata verdiyi açıqlama da bir o qədər maraq doğurub.

Oğlunun 650 min manatlıq "Lamborghini” aldığını təsidləyən iş adamı hələ bu azmış kimi “vertolyot”unun da olduğunu deyib.

“Şərurlu İsfəndiyar”ın helikopter alması bizim üçün qeyri-adi görünsə də dünyanın bir çox ölkələrində milyonçular, iş adamları özlərinin şəxsi nəqliyyat kolleksiyalarına helikopterləri də əlavə edirlər. Hətta bunun üçün öz biznes binalarında və şəxsi mülklərində helikopterin enib-qalxamsı üçün meydança düzəldənlərdə az deyil.

Ölkəmizdə də bir neçə binanın və otelin üzərinə helikopterin enməsi üçün yerlərin olması sirr deyil. Bəzi qurumların balansında helikopterlər var. Onlar daha çox fövqəladə vəziyyətlərin aradan qaldırılması üçün nəzərdə tutulub.

Belə ki, Azərbaycanın əsas uçuş məkanı olan AZAL şirkəti bir neçə il öncə yeni helikopterlər alıb. Ötən il “AgustaWestland” “Azərbaycan Hava Yolları” QSC ilə 10 helikopterin satışı ilə bağlı razılaşma əldə edib. Razılaşmaya əsasən, şirkət Azərbaycana 8 ədəd "AW139" və 2 ədəd "AW-189s" helikopteri satıb. Müqavilənin dəyəri 15 milyon Avro olub. Alınan helikopterlər daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunur. Həmçinin bir neçə ölkədən də yuxarıda qeyd etdiyimiz tipli helikopterlər alınıb.

Bunlarla bərabər “Azərbaycan Hava Yolları” QSC-nin balansında şəxsi helikopterlər var. AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bunu mətbuata açıqlamasında təsdiqləyib.

Sadəcə onlardan kimlərin, hansı iş adamlarının istifadə etməsi haqda açıqlama verilmir.
AZAL rəsmisi Azərbaycanda imkanlı şəxslərin şəxsi helikopterinin olduğunu gizlətməyib. Onun sözlərinə görə, ölkədə bir neçə ədəd şəxsi helikopter var. Onların sayına gəlincə, Azal rəsmisi “Bunu deyə bilmərik”-deyə vurğulayıb.

Nəzərə alsaq ki, AZAL-ın balansında VİP tipli helikopterlər var və onlardan müraciət edərək istifadə etmək mümkündür.

Qeyd edək ki, ölkəmizdə mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi istiqamətində müəyyən addımlar atılıb.

Bununla bağlı "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" üzərində işlər gedir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (ADMAA) AzVision.az-a deyiblər ki, bütün bunlarla bağlı qeydiyyat hava gəmilərinin dövlət reyesterində aparılır:

“Bununla bağlı bizdə qeydiyyat aparılmır. Bizdə qeydiyyatda şəxsi helikopter yoxdu”-deyə qurumdan vurğulayıblar.

AZAL Azərbaycanda kimlərin, hansı iş adamlarının şəxsi helikopterlərə, təyyarələrə malik olmasını açıqlamasa da qiyməti milyonlarla ölçülən bu nəqliyyat vasitələrinə sahib olan azərbaycanlı iş adamları az deyil.

Ümumilikdə helikopterlərinin qiymətləri minimum 2, 3 milyon avrodan başlayır. Bundan əlavə 6, milyona, 10 milyona da şəxsi helikopterlərin satışı mövcuddur. Qiymətlər helikopterlərin komfortuna və modelinə görə dəyişir.

“Şərurlu İsfəndiyar”la yanaşı bir müddət əvvəl mətbuatda iş adamı “Avesta” Konserninin rəhbəri, Hacı İbrahim Nehrəmlinin özəl təyyarəsinin olması haqda məlumat yayılmışdı. AZAL ASC-nin prezidenti Cahangir Əsgərovun da şəxsi helikopterinin olduğu bildirilir.

Şəxsi təyyarəsi olan Azərbaycanlı iş adamlarından biri də “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovdur.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti