Davudoğlu Bakıda bağbanla görüşdü - FOTO+VİDEO

Davudoğlu Bakıda bağbanla görüşdü - FOTO+VİDEO
  19 Sentyabr 2014    Oxunub:3949
Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu Bakıda rəsmi səfərdədir. Baş nazir olaraq ilk səfərini Azərbaycana edən Ə.Davudoğlu burada ölkə rəsmiləri ilə çoxsaylı görüşlər keçirib.
Ə.Davudoğlu daha sonra isə xanımı Sare Davudoğlu ilə birgə Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib.

AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, bu ziyarət zamanı maraqlı hadisə də baş verib. Baş nazir Şəhidlər Xiyabanında işləyən bağbanlardan birinə yaxınlaşaraq onunla mehribancasına salamlaşıb. Baş nazir hətta bağbanla əl görüşüb, onun əlini iki əli ilə bərk-bərk sıxıb. Görüş zamanı bağbanla baş nazirin qısa söhbətinin mövzusu bilinmir.




Teqlər:  





Xəbər lenti