İlham Əliyev həmkarı ilə görüşdü

İlham Əliyev həmkarı ilə görüşdü
  19 Sentyabr 2014    Oxunub:1323
Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub.

AzVision.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycanda “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olundu. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:  



Xəbər lenti