İlham Əliyev BP rəhbərliyini mükafatlandırdı

İlham Əliyev BP rəhbərliyini mükafatlandırdı
  20 Sentyabr 2014    Oxunub:1228
Azərbaycan prezidenti İlham Əliyev Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə və “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar BP qrupu baş icraçı direktorunun icra aparatının rəhbəri Alesder Darley Şeferd Kuk “Dostluq” ordeni ilə təltif edilib.

Ölkə başçısının digər sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə və “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Yanq Birrell “Dostluq” ordeninə layiq görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti