SOCAR-ın yeni loqotipi Heydər Əliyev zirvəsində - FOTOLAR

SOCAR-ın yeni loqotipi Heydər Əliyev zirvəsində - FOTOLAR
  20 Sentyabr 2014    Oxunub:2170
SOCAR-ın yeni loqotipindən ibarət bayraq "Əsrin müqaviləsinin" 20-ci il dönümü münasibəti ilə ilk dəfə Ümumilli lider Heydər Əliyev zirvəsində dalğalanıb.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, 1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınan "Əsrin müqaviləsinin" 20-ci ildönümünə və neftçilərin peşə bayramına həsr olunmuş müxtəlif tədbirlər keçirlir.

“Əsrin müqaviləsi”nin ən böyük tarixi əhəmiyyəti Ümummilli lider Heydər Əliyevin başladığı qlobal prosesin Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirlməsidir.

Ölkəmizdə “Əsrin müqaviləsi”nin 20 - ci ildönümü münasibəti Azərbaycan dövləti və Azərbaycan Respublikasınn Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən silsilə tədbirlər həyata keçirlir.

SOCAR rəhbərliyinin və kollektivinin Ümummilli lider Heydər Əliyevin ruhuna böyük hörmət və ehtiramnı ifadə etmək məqsədi ilə Heydər Əliyev zirvəsinə yürüş olub.

Bu gün 20 sentyabr 2014-cü ildə bir qrup yürüşçü Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər. SOCAR rəhbərliyinin, kollektivinin ümumumilli liderə böyük ehtiramının əlaməti olaraq SOCAR – ın yeni loqotipindən ibarət bayrağı bu gün ilk dəfə zirvədə dalğalandırıblar.

Yeni loqotip alov simvolu üzərində qurulub. SOCAR –ın inşası başa çatmaqda olan yeni inzibati binası da alov formasındadır. Yeni loqotipdə Azərbaycanın dövlət bayrağının rənglərini əks edilibdir. Göy, qırmızı, yaşıl rəngli alov dilləri simvolundan ibarət bu loqotip Azərbaycanı beynəlxalq arenada müasir, sevilən, bir ölkə kimi təbliğ etməyə daha geniş imkan yaradır.

Bu gün təqdimat mərasimi keçirlən yeni loqotipinin bayraının Ümummilli lider Heydər Əliyev zirvəsində dalğalanması da Ümummilli lider Heydər Əliyevə neftçilərin ehtiramının bir nümunəsidir.





AzVision.az


Teqlər:





Xəbər lenti