Jurnalistlər üçün təlim

Jurnalistlər üçün təlim
  21 Sentyabr 2014    Oxunub:1218
Multimedia Mərkəzi tərəfindən “Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində oktyabrın ikinci yarısında gənc jurnalistlər üçün təlim kursları təşkil olunacaq.

AzVision.az-ın məlumatına görə, bir həftəlik kurslar informasiya-kommunikasiya texnologiyaları və media sahəsində çalışan peşəkar mütəxəssislər tərəfindən aparılacaq.

Xüsusi proqram əsasında keçiriləcək təlimlərdə “Elektron hökumət” quruculuğu prosesinin, “Açıq hökumət” təşəbbüsünün və informasiya cəmiyyətinin formalaşmasının xüsusiyyətlərindən, sosial media və multimedia jurnalistikası barədə məlumat veriləcək. Kurslarda onlayn media sahəsində çalışanlar, müstəqil jurnalistlər və bloqçular, ali məktəblərdə jurnalist ixtisasları üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Təlimləri uğurla başa vuranlara sertifikatlar təqdim olunacaq.

Kurslarda iştirak etmək istəyənlər www.telim.org saytında qeydiyyatdan keçməli və ya [email protected] e-mail ünvanına müraciət etməlidirlər.

Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Nar Mobile” və “Sinam” şirkətlərinin dəstəyi ilə həyata keçirilir.


Teqlər:





Xəbər lenti