`Elşad Abdullayev qardaşını özü öldürtdürüb` – Şok səs yazısı

  22 Sentyabr 2014    Oxunub : 6499
`Elşad Abdullayev qardaşını özü öldürtdürüb` – Şok səs yazısı
“Yeni Müsavat” qəzeti “Mandat alveri” qalmaqalının əsas fiquru, 2012-ci il dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevaya aid olduğu bildirilən səs yazısı daxil olub. Təxminən 7 dəqiqəlik səs yazısında S.Babayeva Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev barədə danışır.

Səs yazısının S.Babayevanın Türkiyədə saxlandığı dönəmə aid olduğu bəlli olur. Belə ki, artıq qalmaqallı videonun yayılması, E.Abdullayevin də bəzi bəyanatları mediaya ötürməsinin izləri bu nitqdə özünü göstərir. Amma “Yeni Müsavat” təxmin edir ki, aşağıda sinxronunu oxuyacağınız səs yazısı S.Babayevanın baş vermiş hadisələr barədə söylədiyi böyük bir nitqin xırda parçasıdır. Çünki audioyazını dinləyərkən onun girişində, eləcə də sonrasında başqa hissələrin olduğu hiss edilir.

Səs yazısını dinləyərkən S.Babayevanın təngnəfəs olması, zaman-zaman tövşüməsi də sezilir. Bu, onun son günlərində ürək ağrılarından əziyyət çəkməsinin əlaməti kimi qəbul edilə bilər.

Səs yazısında deyilir:

- ... Elşad Abdullayev yalandan danışır ki, mən qohumlarımdan pul yığdım. Hansı qohumlarından? Sənin bütün qohumların dilənçi idi. Sən ora gələnə qədər... Sonra hamınız birdən-birə pullaşdız, hamınız oldunuz professor. O yazır ki, mənim qardaşım Eldənizi zəhərləyiblər. İnanın Allaha, ekspertiza var, orda işləyən camaat var. Bu səhər gedib, sağ-salamat çatmasın, çatıb işə, axşam da bu hadisə olub. Bilirsinizmi niyə? Ona görə ki, bu adam tərbiyəsiz, alçaq, vicdansız, qansız idi. Bütün gün bunun otağında gəlinlər, qızlar, balaca-balaca qızlar olurdu. Həmişə də, məni bağışlayın, şalvarının qabağı açıq. Bu əxlaqsızlığının, qəddarlığının, vicdansızlığının, insanlardan pul yığmasının ucbatından hamının başına oyun açırdı.

Elşad Abdullayev ondan bilirsiz necə qorxurdu? Özü bir dəfə mənə deyib ki, ”qardaşımın biri dilənçidir, biri sırtıqdır, biri dəlidir, biri də arvadbazdır - arvadbazı Mahir üçün deyirdi. Bunların arasında elə bir dənə mən yaxşıyam". Deyirdi ki, “bəyəm 5 barmağın beşi də birdir? Belə olur da”. Bax, Abdullayev Elşad belə adam idi. Deməli, bu, Eldəniz haqda yalandan internetdə deyir ki, guya Eldənizi kimsə zəhərləyib. Bu, bir yalan. Onu heç kim zəhərləməyib. Allahın bəlasına gəlib. Allaha qurban olum, Allaha inanmayana lənət. Ona görə ki, o, günün günorta çağı Allahı söyürdü. Nəticədə onun başına bu iş gəldi, qurtula bilmir.

Qardaşı Mahir haqda da deyim. Bilirsiz, o, indi yalan danışır ki, mənim qardaşım KQB-nin işçisi, mayor, zabitdir. Quran haqqı, inanın Allaha, onun qardaşına bilirsiz hansı vəzifə yaraşırdı? Restoranlarda gəzmək, kafelərdə gəzmək, qızlarla... Çox gəzəyən idi. O qızla, bu qızla, orda-burda gəzirdi. 7 mühafizəçiylə gedib-gəlirdi. Onu necə oğurlaya bilərdilər, başına bu iş gələ bilərdi? Silahlı qoşunla gedib-gəlirdi e bu adam, diplomatlar da əllərində. Bunu necə oğurlaya bilərdilər, məhv edə bilərdilər? Bu, yalnız qardaşının yanına, Elşadın yanına tək, qoşunsuz gəlirdi. Deməli, Abdullayev Elşad özü qardaşının qətlini təşkil edib də.

Yalan danışır axı bu. Bəhanə gətirir ki, guya Mətanət İsgəndərli... Mən, vallah, Mətanət İsgəndərlini tanımıram. Onun həyatında min dənə Mətanət İsgəndərli olub. Başa düşdüz? Min müğənni. Klip çəkdirib onlara. Puluyla da, puluna görə. Gedib konsertlərdə, restoranlarda oturub. Toylara dəvət edirdilər bunu. Dostlaşırdı müğənnilərlə. Bu, elə bil ki, müğənni olmalıymış. Kişi, qadın müğənnilərin sponsoru idi. İncəsənəti sevən adam idi. Xoşu gəlirdi bunun incəsənət adamlarından. Bütün incəsənət adamları onun otağına gəlib-gedib. Hamısı, hamısı...

Mahir 7 mühafizəçiylə gedib-gəlirdi. Onu necə oğurlaya bilərdilər, başına bu iş gələ bilərdi? Silahlı qoşunla gedib-gəlirdi e bu adam, diplomatlar da əllərində. Bunu necə oğurlaya bilərdilər, məhv edə bilərdilər?

S.Babayeva daha sonra M.Abdullayev barədə daha bir neçə detal sadalayıb: “Bu indi yalan danışır ki, mənim qardaşım zabit idi, nə bilim.. İnanın Allaha, nə zabit? Mənim heç yadıma gəlmir ki, Abdullayev Mahir kostyumda, formada gəzsin. Səhər gəlirdi universitetə, axşam da çıxırdı. Nə zaman işə gedirdi? Haçan dərs deməyə gedirdi? Bu, haçan əməliyyata gedirdi? Heç kim bunu görmürdü. Haçan gedib ”KQB"-nin paltarını geyinib? Bu yalan danışır? Necə olub ki, bunun kimi başıboş, axmaq bir adamı ora qəbul ediblər... Mən şokdayam. Bunların anlayışları yoxdur e. Milli Təhlükəsizlik Nazirliyi, bu sistem haqda bunların anlayışları yoxdur e... Bu da bir yalan...

“Mandat alveri” qalmaqalının mərhum qəhrəmanı daha sonra Azərbaycan Beynəlxalq Universitetində(ABU) baş vermiş bəzi qanunsuzluqlardan da danışıb: “Deyir, Sabir Hüseynov mənim dayımdır. Sabir Hüseynov rəhmətə getdi. Yazığın ürəyi partladı. Bilirsiz niyə? Oğlanları bunun yanında çalışırdılar. Biri Şamil, biri Kamil. Şamil bunun şoferi idi. Sabir Hüseynov da bunun yoldaşının dayısıdır. Həqiqətən dayısıdır. Kamil çox mədəni, ağıllı, tərbiyəli oğlan idi. Kamil bunun yanında köməkçi idi. Kamili Elşad özünün saxta diplomlarına görə özü öz əli ilə aparıb salmışdı Banditizm Terrorizmə. Yalandan deyir ki, guya Kamili də oğurlamışdılar, gedib 14 gündən sonra tapıblar.

Ona bəyəm nə demişdilər ki orda? Demişdilər ki, camaatın pulunu, attestatını qaytarın. Bu da bir yalan.. Elşadın nəfəsi də yalandan gedib gəlir. Qoy o danışsın ki, buna görə neçə insan özünə qəsd edib, neçə insan evsiz-eşiksiz qalıb. Neçə adam boşanıb, neçə adam türməyə düşüb. Qadın-kişi - fərq eləməz. Heç biri fərq eləməz bunun üçün. Qoy o, əlini qoysun vicdanının üstünə. Əgər vicdanı varsa... O, düz eləyir bunları? Mən başa düşmürəm, o, Azərbaycanın çörəyini yeyib, necə gedib oturub Fransada Azərbaycanın dalıyca danışmaq olar? Hamını zibilə qatmaq olar? A, sən kişi döyülsən? Sən görürsən ki, səni aldadırlar da. Ay bədbəxt oğlu bədbəxt, ay qorxaq, ay yetimçə... Ay Allah, belə adama niyə ruzi-bərəkət verirsən axı? Sən özün-özünə cavab verə bilmirsən? Üstündən neçə il keçir, sən indi gedib ordan disklər göndərirsən yalandan? Onu-bunu şərə salırsan. Onun-bunun adını çəkirsən. Sən haranın...

Niyə aldadırsan camaatı? İnan, onda belə bir mif var ki, o, insanların beyninə, ürəyinə girə bilir. Bütün gün falçılarla məşğul idi. O falçı, bu falçı... Gəzirdi onların evini. Bir dəfə mən buna demişəm ki, gəl qurtar. İki valideyn var, məni öldürür. Gəl, ya bunları qəbul elə, ya da tələbə biletini, zaçot kitabçasını verirsən, gedirlər. Deyir ki...



Teqlər: