Qəbələyə qar yağdı

Qəbələyə qar yağdı
  22 Sentyabr 2014    Oxunub:3241
Anomal istilərin ardınca ara-sıra yağışlar və nəhayət qar. Qəbələyə yay çıxmamış, qış gəlib.
AzVision.az Kanal S-yə istinadən bildirir ki, ötən gün dağlara qar yağıb. Bu qeyri-adi təbiət hadisəsi sakinlərin böyük marağına səbəb olub.

Rayonun Laza kəndinə qarın düşməsilə havanın temperaturunda kəskin enmə müşahidə olunub. Sinoptiklər temperaturun 8-10 dərəcə aşağı düşdüyünü bildiriblər.

Dağın ətəyində yaşıllıq, arxa fonda ağ örpəyə bürünmüş dağ gözəl mənzərə yaradıb.


Teqlər:





Xəbər lenti