şokolad kağızının içərisində sellofana bükülmüş narkotik aşkar edilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Bilal Fizuli oğlu Hacıyev görüşdən çıxarkən üzərinə və əşyalarına baxış keçirilən zaman əynində olan şalvarın cibindən şokolad kağızının içərisində sellofana bükülmüş xalis çəkisi 0,488 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.