Toyda oynamaq üstündə qan töküldü

Toyda oynamaq üstündə qan töküldü
  23 Sentyabr 2014    Oxunub:1958
Ötən gün axşam saat 21:12 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 28 yaşlı Sərxan Mahmudov üzərində bıçaq yaraları olan xəsarətlərlə mərkəzi rayon xəstəxanasına gətirilib.
Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Sərxan Mahmudov yaxınlarının toy məclisində bıçaqlanıb. Belə ki, bir neçə şəxs toyda rəqs üstündə dava salıb, bu zaman aranı sakitləşdirmək istəyən Sərxan Mahmudov bıçaqlanıb.

Ancaq onun kim tərəfindən bıçaq zərbəsinə tuş gəldiyi hələlik məlum deyil.

Xəstəyə ilkin tibbi yardım göstərilib və onun səhhəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edəkl ki, əməliyyat istintaq qrupu hazırda kütləvi dava iştirakçılarının müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir.


Teqlər:





Xəbər lenti