Səid Nuri xəcaləti

Səid Nuri xəcaləti
  23 Sentyabr 2014    Oxunub:7385
Anar Rüstəmov

“Yolum Dominikan Respublikasınadır, hesabat verməyə...” Üç nöqtələrlə bitən, fəxrlə yazılmış bu sözlər 8 ildir ABŞ-a köçmüş Səid Nuri adlı bir azərbaycanlı gəncin facebook statusundandır.


Yəqin ki, çoxları üçün bu ad heç nə demir, onu tanımır. Kiməsə maraqlı gəlsə, “google” axtarış sisteminə “Səid Nuri” yaza bilər. Dərhal belə bir məlumat çıxacaq ki, Səid Nuri 2004-cü ildən fəal siyasi fəaliyyətə başlayıb və "Yeni fikir gənclər hərəkatı"nın yaradıcılarındandır, 2 il sonra isə siyasi mühacir adı altında ABŞ-a köçüb. 2006-cı ildən sonra bir də bu yaxınlarda Səid Nuri xarici “girl friend”i ilə birgə porno videoları ilə məşhurlaşıb. Amma necə siyasi mühacirdirsə, tez-tez rahatca Azərbaycana da gəlib-gedib.

İllərdir ona heç kimin əhəmiyyət verməməsi əslində onun siyasi çəkisinin aydın göstəricisidir.

Mənim onun siyasi fikirləri, porno videosu və senzuradan kənar şəkilləri ilə işim yoxdur. Yəqin ki, bu, heç sizə də maraqlı deyil. İnsandır, cavandır, şəxsi işidir, özü bilər.

Acınacaqlı olan son vaxtlar öz milləti, dövləti, Vətəni qarşısında hesabat verməyə söz tapmayan bəzi azərbaycanlıların başqa ölkələr və millətlər qarşısında hesabat verməyə tələsmələridir. Aydındır ki, bu “hesabatlar” yaxşı “hesab-kitab”lardan sonra ortaya çıxır.

Hətta pul, “girl friend”, “vətəndaşlıq”, əyləncəli səyahətlər xatirinə olmuş olsa belə, insan necə xarici dövlətlər, müəmmalı təşkilatlar qarşısında boyuna qoyulmuş öhdəlikləri ilə öyünə, bunu fəxrlə “Yolum Dominikan Respublikasınadır, hesabat verməyə...” şəklində hamıya yaza bilər?! Əslində, bu da dəhşətli deyil, faciəvi olan səid nurilərin bizlərə əxlaq dərsi keçməsi, yol göstərməsi, “səhv tutması”dır…

İçərinizdə varmı elə biri desin ki, mən istərdim oğlum, qızım, qardaşım, dostum Səid Nuri kimi olsun? Çətin, çox çətin. Amma görün, dünya necə gətirib ki, Səid Nuri dövrümüzün “qəhramanı”dır. Xəcalət çəkir insan. Utanır ki, dünyada belə bir azərbaycanlı var. Vaxtınız olsa, bir düşünərsiniz, 2004-cü ildə "Yeni fikir gənclər hərəkatı"nın yaradıcı olmuş bir adam bu 10 ildə hansı yeni fikirlə sizi heyrətləndirib, heç olmasa, diqqətinizi çəkib? Varmı belə ideya? Yoxdur.

Və ya görəsən, nə vaxt Səid Nuri elə illərdir yaşadığı ABŞ-da Xocalıdan, Qarabağdan, güllələnən azərbaycanlı uşaqlardan danışıb? Heç vaxt. Çünki cürəti çatmayıb. ABŞ, ermənilərin çox yaşadığı ölkədir. O ermənilər içərisində Səidin dostları, konfranslar üçün çıxış yazanları, xaricə səfərlər təşkil edənləri, cibinə xərclik qoyanları da var. Onlara qarşı danışmaq olmaz. Ancaq Azərbaycana, Vətənə qarşı olar. Siz, vicdanınız qarşısında hesabat verirsinizmi, Səid Nuri?


Teqlər:





Xəbər lenti