Çexiyadan Azərbaycanın notasına cavab

Çexiyadan Azərbaycanın notasına cavab
  24 Sentyabr 2014    Oxunub:1726
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı ölkəmizin Çexiyadakı səfirliyinin notasına Çexiya Xarici İşlər Nazirliyi cavab verib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlama verib:

“Notada Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyü prinsipini tam dəstəklədiyini təsdiq edir və Dağlıq Qarabağda xarici qurumların biznes fəaliyyətinə qadağa qoyulmasına dair Azərbaycanın mövqeyi ilə bölüşdüyünü bildirir.

Çexiyanın Xarici İşlər Nazirliyi “GENOSERVİCE Corp., Ltd.” şirkətinin Dağlıq Qarabağdakı fəaliyyəti ilə əlaqəli olmadığını bəyan edir və Azərbaycan tərəfini əmin edir ki, “GENOSERVİCE Corp., Ltd.”şirkətinin layihələrinin Çexiyanın dövlət təsisatları olan İxrac Bankı, İxrac Zəmanəti və Sığorta Korporasiyası vasitəsilə maliyyələşdirilməsinin və sığortalanmasının qarşısı alınacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti