Nazirlikdən fermerlərə hava xəbərdarlığı

Nazirlikdən fermerlərə hava xəbərdarlığı
  24 Sentyabr 2014    Oxunub:1730
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur.

Güclü cənub küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 17-20, günün birinci yarısında 28-33, axşama doğru 20-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi səhər və gündüz 750 mm civə sütununadək aşağı düşəcək, axşam 759 mm civə sütununa yüksələcək, nisbi rütubət axşam və gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 24-də gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı, axşam leysan xarakterli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh

Sentyabrın 24-26-da respublikanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun sentyabrın 25-də 5-10 dərəcə aşağı düşəcəyi, yağıntıların intensiv olacağı, küləyin güclənəcəyi gözlənilir ki, bu da kənd təsərrüfatı işlərinin aparılmasında, o cümlədən məhsul yığımında mühüm çətinliklər yaradacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti