“ASAN-da ərazi məhdudiyyəti aradan qaldırılacaq” - FOTOLAR

“ASAN-da ərazi məhdudiyyəti aradan qaldırılacaq” - FOTOLAR
  24 Sentyabr 2014    Oxunub:3094
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransın keçirilməsində məqsəd Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi və dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin və perspektivlərin müəyyənləşdirilməsidir.

Tədbirdə 30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiyanı, bir sıra xarici QHT-ləri təmsil edən 50-ə yaxın nümayəndə iştirak edir.

Tədbirdə ilk çıxışı ASAN-ın rəhbəri İnam Kərimov edərək, ASAN-ın dövlət xidmətləri sahəsinə gətirdiyi yeniliklərdən danışıb.

“20 sentyabrdan etibarən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesi ilə bağlı imzalanan fərmanın icrası prosesinə başlanılıb. Proses 424 km məsafəni əhatə edir”.

İ.Kərimov bildirib ki, Abşerondan Ağstafaya qədər olan 13 rayon ərazisində 109 kənddə bu proses həyata keçirilməlidir: “İlk olaraq Hacıqabuldan başlanılıb və işlər demək olar ki, yekunlaşmaq üzrədir. Yaxın günlərdə digər rayonlarda işlər görüləcək”.

Mərkəzin daxilində yeni xidmətlərin göstərilməsi məsələsinə toxunan sədr bildirib ki, xidmətlərin çərçivəsi öklə başçısının müvafiq fərmanı ilə müəyyənləşdirilir: “Gələcəkdə hər hansı bir əlavə xidmət göstərilərsə vəzifəmiz bu xidmətlərin icrasını təmin etməkdir. Mərkəz agentliyin nəzdində fəaliyyət göstərir. Agentliyin funksiyalarından biri ASAN xidməti əhatə edir. Digər funksiyası isə Azərbaycanda elektron xidmətlərin təşkili üzrə tədbirləri aidiyyəti qurumlar üzrə həyata keçirir.

Hazırda prezidentin tapşırığına əsasən, Sabirabad və Bərdə şəhərində ASAN Xidmət mərkəzlərinin açılması üzrə intensiv işlər həyata keçirilir. Bu ilin sonuna qədər mərkəzlərin açılması nəzərdə tutulur. Eyni zamanda Masallı və Qəbələdə də mərkəzlərin tikintisinə başlanılıb. Yaxın müddətlərdə regionlarda da ASAN xidmət mərkəzləri fəaliyyətə başlayacaq. Həmin mərkəzlər fəaliyyətə başladıqdan sonra bütün respublika üzrə ərazi məhdudiyyəti aradan qaldırılacaq. Səyyar xidmətlərin göstərilməsi üçün əlavə 8 avtobusun alınması nəzərdə tutulur”.

İ.Kərimov bildirib ki, artıq 2 səyyar avtobus növbəti aylarda fəaliyyətə başlayacaq: “İlin sonuna kimi digər avtobuslar da fəaliyyət göstərəcək. Avtobuslar vasitəsi ilə mərkəzin olmadığı şəhər və kəndlərdə vətəndaşlar xidmətlərdən rahat şəkildə faydalana biləcəklər. Hazırda avtobuslar vasitəsi ilə həmçinin `Cənub` qaz dəhlizinin genişləndirilməsi ilə bağlı işləri həyata keçirir”.

"ASAN Xidmət" mərkəzinin sədri İnam Kərimov deyib ki, əsas məqsəd Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi və dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin, perspektivlərin müəyyənləşdirilməsidir.

***

Tədbirdə daha sonra ASAN Xidmət Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli çıxış edib. A.Cəfərli ASAN Xidmət mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. Çıxışın sonunda ASAN Xİdmətlə bağlı videoçarx konfrans iştirakçılarına təqdim olunub.

Daha sonra BMT-nin dövlət idarəçiliyi üzrə ekspertlər komitəsinin üzvü Nəcat Zəruka söz verilib. O Mərakəş Krallığının təcrübəsini təqdim edib, insan hüquqları və qabaqcıl idarəetmə prinsiplərinə uyğun gələn dövlət xidmətlərinin göstərilməsi ilə bağlı fikirlərini bölüşüb. Vurğulayıb ki, bir çox dövlətlərdə əhaliyə dövlət xidmətlərinin göstərilməsində çətinliklər çəkir: “İnsanlar dövlət xidmətlərindən nə gözləyir sualına baxanda başa düşürük ki, doğrudan da BMT fəaliyyəti və Brtiyaniya baş nazirinin itşirakı ilə keçirilmiş beynəlxalq tədbirdə də bu mövzuya geniş yer ayrılıb. İştirakçı ölkələr bu sahədəki çətinliklərini sadalayıb. Bunlar arasında insane hüquqlarının pozulması və xidmətlərin göstərilməsində səviysəində aşağı olması narahatlıq doğurub”

Fatimə Kərimli
Fotolar: Elnur Abdulla

Qeyd edək ki, tədbir `AzərTac` İnformasiya Agentliyinin saytında CANLI YAYIMLANIR

Qalereya




Teqlər:  





Xəbər lenti