Məmmədyarov Nalbandyanla görüşdü

Məmmədyarov Nalbandyanla görüşdü
  24 Sentyabr 2014    Oxunub:1835
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Edvard Nalbandyan və ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popovla (Rusiya) görüşüb.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan XİN-in rəsmi sözçüsü Tiqran Balayan öz “Twitter” səhifəsində paylaşıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərdədir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti