Azərbaycan Almaniyaya nota verdi

Azərbaycan Almaniyaya nota verdi
  24 Sentyabr 2014    Oxunub:2297
Almaniya Bundestaqının deputatlarının və Fransa Senatının nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev reaksiya verib.


Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Almaniya Bundestaqının deputatları Manfred Qrund və Albert Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi Almaniya Federativ Respublikasının Bundestaqına məktubla, Xarici işlər nazirliyinə isə nota ilə müraciət edib.

Səfirliyin notasına cavabında Almaniya XİN-in rəsmisi bildirib ki, AFR hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməyib və AFR Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. AFR XİN-in rəsmisi əlavə edib ki, Almaniya XİN-i Bundestaqa daim belə səfərlərdən çəkinməyə çağıran və işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı Azərbaycanın prinsipial yanaşması haqqında məlumatlandıran müraciətlər edir.

Almaniya Bundestaqı səfirliyin məktubuna cavabında bildirilib ki, sözügedən deputatların səfəri Almaniya Bundestaqının adından həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı xərclər Bundestaq tərəfindən ödənilməyib.

Həm Almaniya XİN, həm də Bundestaq bu səfərin deputatların şəxsi təşəbbüsü əsasında baş verdiyini bəyan ediblər.

Fransadakı Səfirliyimiz tərəfindən də Fransa senatının nümayəndəsinin işğal olunmuş ərazilərimizə səfəri ilə əlaqədar KİV-də 23 sentyabr tarixində verilən məlumat araşdırılacaq və zəruri tədbirlər görüləcək.


Teqlər:  





Xəbər lenti