Kəlbəcər girovları ilə görüş olacaq

Kəlbəcər girovları ilə görüş olacaq
  24 Sentyabr 2014    Oxunub:2443
“Beynəlxalq Qırmızı Xaç Komitəsi mandatına uyğun olaraq növbəti dəfə azərbaycanlı girovlarla görüş keçirəcək”.
Bunu AzVision.az-a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova deyib. Komitə sözçüsü bildirib ki, bu görüşün dəqiq nə zaman olacağı barədə məlumat verə bilməz.

“Çünki biz görüş baş tutandan sonra məlumat verə bilərik”.

Xatırladaq ki, Beynəlxaql Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevlə sonuncu dəfə sentybarın əvvəlində görüş keçirib. Bu, girovlarla keçirilən 4-cü görüş olub. Bir neçə ay öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:





Xəbər lenti