Borclu vətəndaşların siyahısı açıqlandı

Borclu vətəndaşların siyahısı  açıqlandı
  24 Sentyabr 2014    Oxunub:3240
Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərin daha bir siyahısını açıqlayıb.
AzVision.az Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, budəfəki siyahıya Bakının Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami, Xətai, Xəzər və Sabunçu rayonlarından olan 20 fiziki və hüquqi şəxs daxil edilib.

Siyahıya Səbail rayonunda qeydiyyata alınan fiziki şəxs Yusifov Mehman Oqtay oğlu, Nərimanov rayonunda qeydiyyatda olan 3 hüquqi şəxs "Səma LTD” MMM, “R+R Compani” MMC, “Xanlar-2” MMC daxil edilib.

Bundan başqa, Bakının Yasamal rayonunda qeydiyyatdan keçmiş hüquqi şəxs “Ruzu” MMC, “Opus” MMC və “Şikar” firması, eləcə də Bakının Nizami rayonunda qeydiyyata alınmış “Eri”, “Qalaktika” firmaları borcunu ödəməyənlərin siyahısına daxildir.

Həmçinin, bu siyahıda Bakının Nəsimi rayonunda qeydiyyata alınan hüquqi şəxs “Eleqant-M” MMC, “Leylək” MMC və fiziki şəxs Hüseynov İsgəndər Abasqulu oğlu, paytaxtın Binəqədi rayonunda qeydiyyatda olan fiziki şəxs Əliyev Sahib Bayram oğlu və hüuqi şəxslər “Eurohome” MMC, “Azaco” MMC və “Şərq-Qərb Təbabəti” MMC-nin adları var.

Nazirliyin vergi borclarını ödəməyən arasında Bakının Sabunçu rayonda qeydiyyata alınmış 1 hüquqi şəxsin – “Sirab -2008” MMC, Xətai rayonundan 2 vergi ödəyicisinin – hüquqi şəxs “Kat” MMM və fiziki şəxs Həsənov Araz İsmixan oğlu və Bakının Xəzər rayonunda qeydiyyatda olan fiziki şəxs Abbasov Zeynalabdin Abbas oğlunun da adları var.


Teqlər:





Xəbər lenti