Ermənistan ilə bağlı BMT-yə şikayət

Ermənistan ilə bağlı BMT-yə şikayət
  25 Sentyabr 2014    Oxunub:1259
Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cü ilin 24 sentyabr tarixində BMT Baş məclisinin prezidenti Sam Kutesa ilə nəzakət görüşü keçirib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüş əsnasında BMT Baş məclisinin 69-cu sessiyası və onun gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılmış və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın fəal üzv dövlət kimi 69-cu sessiya ərzində də BMT Baş məclisi və onun komitələrinin işində fəal iştirak edəcəyini deyərək, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət adlı gündəlik maddəsinin 69-cu sessiyanın gündəliyində olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və BMT Baş məclisinin qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

BMT Baş məclisinin prezidenti Sam Kutesa 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətinin və Afrika qitəsinin aid məsələlərə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

O, əminliyini ifadə etmişdir ki, 69-cu sessiya çərçivəsində də Azərbaycan ilə sıx əməkdaşlıq davam etdiriləcək.


Teqlər:  





Xəbər lenti