Müsavat qurultayı Mədəniyyət evində keçirəcək

Müsavat qurultayı Mədəniyyət evində keçirəcək
  25 Sentyabr 2014    Oxunub:1308
Bu gün Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
AzVision.az-ın məlumatına görə, Müsavat başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, iclasda bülletenlərin forması, qurultay nümayəndələrinin sayı, qeydə alınması və seçkilər haqqında təlimat qəbul olunub.

O deyib ki, qurultayın sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsi ilə bağlı tam razılıq əldə olunub: “Şadlıq evləri ilə apardığımız danışıqlar isə nəticəsiz qalıb”.


Teqlər:



Xəbər lenti