Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü
  25 Sentyabr 2014    Oxunub:3087
Xəbər verdiyimiz kimi, Xızı rayonu ərazisində "Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AzVision.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dünyasını dəyişən şəxslər sərnişinlər - 56 yaşlı Sumqayıt sakini Şahbazova Möhübbət İsa qızı və 57 yaşlı Rusiya vətəndaşı Hüseynov Hamil Şakir oğludur. Xəsarət alanlar isə sürücü Nurəddin Baxışov, sərnişinlər - 56 yaşlı Sumqayıt sakini Lətif Şahbazov və 21 yaşlı Rusiya vətəndaşı Şakir Hüseynovdur. Onlardan 2-si yüngül xəsarətlər alsa da, dünyasını dəyişən qadının həyat yoldaşı Lətif Şahbazovun vəziyyəti orta-ağırdır.

Qəza zamanı dünyasını dəyişən H.Hüseynov Rusiya Federasiyasının Petrozavodsk şəhərində Azərbaycan icmasının sədridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti