Azərbaycan ATƏT-lə Memorandum imzaladı

Azərbaycan ATƏT-lə Memorandum imzaladı
  25 Sentyabr 2014    Oxunub:1092
Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cu ilin 24 sentyabr tarixində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Habelə, tərəflər ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisinin ofisi və sözügedən ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu” imzalanıb.


Teqlər:





Xəbər lenti