Ana və uşaq ölümlərinin sayı azalıb

Ana və uşaq ölümlərinin sayı azalıb
  25 Sentyabr 2014    Oxunub:3072
Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı ildən-ilə azalır.
Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.

Səhiyyə nazirinin müavini bildirib ki, Azərbaycanda ana ölümlərinin sayının ildən-ilə azaldığı müşahidə olunur: "2012-ci ildə ölkədə 34 ana ölümü qeydə alınıb. Ötən il bu rəqəm 25 olmuşdu. Bu ilin 9 ayı ərzində isə 18 ana doğuş zamanı ölüb. Bütün ana ölümləri nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Günahı olan şəxslər cəzalandırılır. Ana ölümü olmayan ölkələr yoxdur. Lakin biz bu rəqəmin aşağı olmasına çalışmalıyıq".

E.Ağayev bununla bağlı əhaliyə həkimə vaxtında müraciət etmələrini, insanların, xüsusən də gənc anaların öz sağlamlığına diqqətlə yanaşmalarını tövsiyə edib
O, həmçinin qeyd edib ki, Azərbaycan təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutur: “Azərbaycanda artım əmsalı 12, 8-dir. Bu da doğuşların sayının ildən-ilə artdığını göstərir. Ötən il ərzində ölkədə 170 mindən artıq uşaq doğulub”.(trend)


Teqlər:



Xəbər lenti