BMT rəsmisi Azərbaycana gəlir
Xanım Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır. Səfər çərçivəsində Helen Klark yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçiləri, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərlə görüşəcək. BMTİP-in rəhbəri həmçinin Azərbaycandakı BMTİP-in layihələri ilə ətraflı tanış olmaq üçün ölkədə səfərlər edəcək və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi və Qlobal Dayanıqlı İnkişaf Məqsədləri üzrə ADA Universitetində mühazirə oxuyacaq.
Səfər zamanı Helen Klarkı təşkilatın rəhbər müavini və Şərqi Avropa və MDB ölkələri üzrə BMTİP-in Regional Bürosunun direktoru, Cihan xanım Sultanoğlu və digər BMT rəsmiləri müşahidə edəcək.
Xatırladaq ki, BMTİP-in rəhbərinin Azərbaycana sonuncu səfəri 1996-cı ildə olub. Həmin nümayəndə heyətinə o vaxtkı BMTİP-in rəhbəri Ceyms Qustav Spez rəhbərlik edib.(Apa)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


