Erməni əsir ölkəsinə qaytarıldı

Erməni əsir ölkəsinə qaytarıldı
  25 Sentyabr 2014    Oxunub:1906
AzVision.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 26 avqust 2014-cü il tarixdə Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç 25 sentyabr 2014-cü il tarixdə, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarılıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti