Yanacaq daşıyan maşın yanıb

Yanacaq daşıyan maşın yanıb
  25 Sentyabr 2014    Oxunub:1426
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağstafa rayonu, Qırılı kəndində (rayon mərkəzindən 7 km aralı) Turan yanacaqdoldurma məntəqəsinə məxsus “Ural” markalı yanacaq daşıyan avtomobilin arxa təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti