Deputat Obamanın çıxışına görə kimi günahlardırdı?

Deputat Obamanın çıxışına görə kimi günahlardırdı?
  26 Sentyabr 2014    Oxunub:1332
«Qeyri-hökumət təşkilatları Azərbaycanda normal fəaliyyət göstərir».
Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib. Ç.Qənizadə bildirib ki, ABŞ prezidenti Barak Obama ona verilən dezinformasiyalar əsasında ölkəmiz haqqında qeyri-dəqiq fikirlər səsləndirib.

Onun sözlərinə görə, ölkəmizdə guya QHT-lərin çətin fəaliyyət göstərməsi haqda dezinformasiyalar müxalifətyönlü QHT-lər vasitəsilə xaricə ötürülür.

«O QHT-lər ki, cəmiyyətimiz, qanunlarımız, yoxlayıcı orqanlarımız və s. üçün açıqdır hesab edirəm ki, Azərbaycanda onlar üçün hər bir şərait yaradılıb. Mən də QHT-lərdən birinin rəhbəriyəm. Amma bəzi QHT-lər var ki, qanunlara edilmiş dəyişikliklər həmin şəxslərə sərf etmədi. Çünki dəyişikliklər şəfaflığın təmin olunmasına xidmət edir. Şəffaf fəaliyyət göstərmək istəməyən QHT-lər isə ölkəmiz haqda dezinformasiyalar yayır»- deyə, Ç.Qənizadə vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti