İstanbulun bir hissəsi ermənilərə verildi

İstanbulun bir hissəsi ermənilərə verildi
  26 Sentyabr 2014    Oxunub:2950
Türkiyənin İstanbul şəhərində “Zeytinburnu” stadionunun ərazisi "Surp Pırgiç" erməni fonduna verilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərara Zeytinburnu bələdiyyəsi qarşı çıxıb və bununla əlaqədar məhkəməyə müraciət edib.

Bildirilir ki, əvvəllər stadion ərazisi Zeytinburnu bələdiyyəsinin balansında olub, erməni fonduna Türkiyə Vəqflər İdarəsinin qərarı ilə verilib.

Lakin, məhkəmə bələdiyyənin əleyhinə qərar çıxarıb və həmin ərazini erməni vəqfinə verib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti