Novruz Məmmədovdan Obamaya cavab

Novruz Məmmədovdan Obamaya cavab
  26 Sentyabr 2014    Oxunub:1774
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Amerika prezidenti Barak Obamanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

AzVision.az xəbər verir ki, N.Məmmədov Twitter səhifəsində qeyd edib:

“Prezident Obamanın sözləriylə desək, yerlər var ki, orada bir müxalifət partiyası, bir QHT belə yoxdur, demokratiyadan, insan haqlarından danışmaq olmaz. Amma o yerlər Qərbin “strateji tərəfdaşı”dır, qəzetləri də, TV-ləri də, QHT-ləri də susurlar... Maraqlıdır”.

AzVision.az


Teqlər:  



Xəbər lenti