Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparılıb və Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu deyib.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə ölkəmizin cəlb olunması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ilin 25 sentyabr tarixində Şimali Kiprin Türk İcmasının lideri Dərviş Əroğlu ilə görüşüb.

Görüş əsnasında Dərviş Əroğlu mövcud vəziyyət və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


