Jirinovski Bakıda “razborkaya” çağırıldı
Partiya sədri bildirib ki, Vladimir Jirinovski ilə görüşmək üçün Azərbaycanın Rusiyadakı səfirliyinə və eləcə də Rusiyanın Azərbaycandakı səfirliyinə dəfələrlə müraciət edib.
“Çünki onun sərsəm çıxışlarından sonra ölkədə ona yeganə cavab verən müxlif partiyanın sədri olmuşam. Dəfələrlə onun köməkçisi ilə əlaqə saxlamışam, amma bizi birləşdirməyiblər. Bizim apardağımız proflaktik işlərdən sonra o öz fikirlərini dəyişdi. Azərbaycanda adını müxalifət qoyan bəzi insanlar ona yalnış informasiyalar yazıb göndərmişdilər. Bildiyimiz kimi Vladimir Jirinovski ölkəmizə Milli Məclis xətti ilə dəvət olunub. Onunla görüşmək istəyərdim. Hələki görüşmək barədə bir cavab almamışıq və gözləyirik. Proqramı tərtib edən yoldaşlar gərək bizi də onunla görüşənlər siyahısına salardılar. Çünki ölkədə onun işi ilə yeganə məşğul olan şəxs özüməm. Bu günün sonuna qədər onunla görüşmək üçün yenə də cəhd edəcəyik”.
Xatırladaq ki, Rusiyanın Liberal Demokrat Partiyasını Lideri Vladimir Jirinovski Bakıya gəlib. Bir neçə günlük səfər çərçivəsində Jirinovski Azərbaycanda bir sıra görüşlər keçirməklə yanaşı, ölkə ilə daha yaxından tanış olmaq və inkişaf proseslərini öz gözləri ilə görmək üçün respublikanın bir sıra bölgələrində də olacaq.
Anar Kəlbiyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


