Əli Kərimlinin acizliyi...

Əli Kərimlinin acizliyi...
  26 Sentyabr 2014    Oxunub:2597
AXCP-nin qərargah kimi istifadə etdiyi, bir neçə ay əvvəl baş verən partlayışdan sonra sökülən mülkün sahibi Azər Əsgərovun Əli Kərimlini kəskin ittiham etməsi haqda xəbər vermişdik.
Mülkü əlindən çıxan A.Əsgərov Əli Kərimlini ona dəstək verməməkdə günahlandırmışdı.

“Əli Kərimlinin ayaqqabısı götürülsəydi, dünyanı dağıdardı”- deyə irad tutan A.Əsgərov cəbhəçilərin ünvanına sərt ifadələr işlədib.

“Mənim nə qəzetə, nə AXCP-yə etibarım qalıb. Əli Kərimli martın 4-də çıxışında mülkün partladılmasını partiyaya qarşı dövlət terroru adlandırıb, vəssalam. Mənim onlara, müxalifətə görə mülküm əlimdən çıxıb, bu günə kimi ciddi şəkildə dəstək görməmişəm. Ondan sonra Əli Kərimli facebookda partiyanın qərargahsız qaldığını yazıb, mənə aid hissəyə toxunmayıb. Bu da müxalifət liderinin çıxışı... Belə görünür ki, ortada başqa məsələlər dönür”.

A.Əsgərov müsahibəsində AXCP-ni çalxalayacaq məlumatlara sahib olduğunu deyib:

“Mən çox şey öyrənmişəm və açıqlayanda AXCP çalxalanacaq, zəlzələ olacaq. Hələlik gözləyirəm. Gəminin kapitanı ya hamı ilə birlikdə batar, ya da axırda sərnişinlərdən sonra göyərtəni tərk edər. Burda əksinə olub. Əli Kərimli hadisə olan günü qərargaha gəlmədi”.

AXCP sədri Əli Kərimli A.Əsgərovun ittihamlarına Facebook səhifəsində `özünəməxsus` şəkildə cavab verib.

Mülk sahibinin “niyə Əli Kərimli mənimlə maraqlanmayıb?” sualına AXCP sədri konkret cavab vermək əvəzində haqqında deyilənlərə siyasi rəng qatıb.

Aidiyyatı üzrə illərdir dəyişməyən çıxışlar silsiləsini davam edən Ə.Kərimli günahsız mələk obrazına girərək A.Əsgərovun dərdinə şərik olduğunu deyib:

“İndi Azər bəy qəzəb vektorunu onun evini dağıdanlardan çevirib bizə qarşı. Hərçənd, bu hadisədə bizim də ondan sonra ikinci zərərçəkən olduğumuzu bilir. Ötən 7 ay ərzində cəbhəçilər olaraq çalışmışıq ki, onu heç vaxt tək qoymayaq.

Mənim Azər bəyə indi də xüsusi iradım yoxdur. Adamın canı yanır, çarə tapa bilmir, bilmir yanğısını necə soyutsun. Heç bu yazını da ona cavab üçün yazmıram”.


Göründüyü kimi Əli Kərimli A.Əsgərovun ittihamlarını `gülümsəyərək` qulaq ardına vururb və konkret cavab verməkdən çəkinib. Əvəzində o baş verən hadisələrdə hakimiyyəti günahlandırıb. Guya Əli Kərimlini Azər Əsgərova baş çəkməməyə, onunla maraqlanmamağa hakimiyyət qoymayıb, buna mane olub.

Ə.Kərimli Facebook statusunda A.Əsgərova yazdığı cavabda siyasi məhbuslardan, qaynının, oğlunun həbsindən dəm vuraraq əzab çəkdiyini, guya buna hakimiyyət tərəfindən zülm edildiyini bildirərək özünü məzlum kimi təqdim edib. Əslində partiya sərdinə, siyasi liderə məzlum, aciz görünmək siyasi divident qazandırmır, əksinə onun necə aciz və zəif olduğunu göstərir.

Nə qədər gülünc görünsə də Əli Kərimli yenə öz ampuluasındadır. Öz günahını boyununa almaq əvəzində səbəbsiz yerə haqqındakı ittihamlara siyasi çalarlar qatmaq, bunu hakimiyyətin belinə yazmaq Əli Kərimlinin siyasi `peşəkarlığından` irəli gəlir.

Orada konkret sual və ittiham olduğu halda Əli Kərimlinin Azər Əsgərova konkret cavab verməməsi onun cəsarətsiz və riyakarlığından xəbər verir.

Əgər siyasi lider kimi Əli Kərimlinin cəsarəti olsaydı A.Əsgərovun suallarına, ittihamlarına açıq şəkildə cavab verərdi, dolayısıyolla özünü `yazıq` kimi təqdim etməzdi.

Əli Kərimlinin aşığın sözü qutaranda `nanay nanay..` dediyi kimi yazdığı Facebook statusu da siyasi qorxaqlığın və cəsarətsizliyin nümunəsidir. Başqa cür də ola bilməzdi...

AzVision.az


Teqlər:  





Xəbər lenti