XİN-dən ölən tələbələrlə bağlı AÇIQLAMA

XİN-dən ölən tələbələrlə bağlı AÇIQLAMA
  26 Sentyabr 2014    Oxunub:3060
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a Türkiyədə ölən azərbaycanlı tələbələrlə bağlı açıqlama verib.

H.Hacıyevin sözlərinə görə, Türkiyə Respublikasının Uşak şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil səhər radələrində yol qəzasına düşüb. Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olmuş, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb. Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşak universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

O, bildirib ki, Uşak şəhəri Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun ərazisinə daxil olduğu Baş konsulluq tərəfindən zəruri tədbirlər görülmüşdür. Hal-hazırda Baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmaslar davam etdirilir.

Həlak olanların cənazələrin vətənə çatdırılması, lazımı sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində Baş konsulluq fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib. Qəzanın səbəbləri Türkiyənin müvafiq qurumları tərəfindən araşdırılır.

Yol qəzasında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti