İsa Qəmbər Müsavatda yeni istefaların anonsunu verdi
İ.Qəmbərin sözlərinə görə, partiya başqanlığına namizədlərin irəli sürülməsi bir hadisədir:
"Bunun üçün öncədən zaman müəyyənləşdirilir. Bu, Müsavatın ənənəsidir. Amma sabah başlanacaq qurultayda daha önəmli bir addım atılacaq. Bu, başqanın dəyişməsi ilə bağlı seçkilərdir”.
İ.Qəmbər qurultaydan sonra partiyadan gedənlərin olacağını mümkün sayıb.
Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-də Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində səkkizinci qurultayını keçirəcək. Qurultayda yeni başqan seçiləcək. Başqanlığa dörd namizəd var. Bunlar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur.
2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, sentyabrın 27-də keçiriləcək 8-ci qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


