Ermənilər Azərbaycanı gəzəcəklər
“Paytaxt Bakı daxil olmaqla, bölgələrdə olan tarixi abidələrə səfərlər planlaşdırılır. Artıq regionlarda marşurut xətləri müəyyən edilib və bələdçilər fəaliyyət göstərəcək”.
Nazirlik rəsmisi əlavə edib ki, digər idmançılar kimi Avropa Oyunlarda iştirakı nəzərdə tutulan erməni idmançılar da istəkləri əsasında turlarda iştirak edə biləcəklər. Onların təhlükəsizlik məsələsinə xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına erməni idmançılarının qatılması ilə bağlı danışıqlar aparılıb və ümumi razılığa gəlinib. Ermənistan idmançılarının Avropa Oyunlarında iştirakı planlaşdırılır.(Ans)







Vaxtında, Aydın, Lazımlı!


