Fazil Mustafa bu dəfə Ərdoğanı təriflədi

Fazil Mustafa bu dəfə Ərdoğanı təriflədi
  26 Sentyabr 2014    Oxunub:1732
“Xarici siyasətdə bir çox addımlarını uğursuz hesab etdiyim Türkiyənin Baş naziri Əhməd Davudoğlunun daxili siyasətdə bu addımını müsbət qiymətləndirirəm”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Facebook səhifəsində bildirib.

“Türkiyədə dövlət adına oynanan qumarın-lotereyanın ləğv olunması bütün hallarda insanların faydasınadır. Bunu heç İslamla da əlaqələndirmək lazım deyil. İstər dindar, istər qeyri-dindar, soruşun çevrənizdəki insanlardan, görün qumardan kim mütləq mənada xeyir görüb? Dağılan ailələrin, müflis olan insanların həyat dramı təkcə romanlarda rast gəlinməz”.

Deputat Azərbaycanda da mərc oyunlarının bağlanmasını təklif edib:

“Nə zamansa Azərbaycanda da bu addım atılmalıdır. İnsanların ümidinin şansa buraxılmasını, yüzlərlə adamın qumarxanalarda həyatını mənasızlaşdırmasını böyük faciə olaraq görürəm. Ola bilsin ki, buna da etirazlar olacaq ki, onda bu pullar başqa ölkələrin büdcəsinə axacaqdır. Futbolda və başqa idman sahələrində olan milyardlarla qumar pullarından da ölkələrin imtina etməsi asan görünmür. Ancaq narkotikdə də böyük pullar var, mübarizə aparılmasın ki, bu pullar əks halda başqasının cibinə axacaqdır? Qumarın hər hansı növünün yığışdırılmasının tərəfdarıyam. İnsan həyatında ən ağır xəstəliklərdən də biri şübhəsiz ki, qumardır”.

AzVision.az


Teqlər:  



Xəbər lenti