Jirinovski: `Mənə nifrət edirlər`

Jirinovski: `Mənə nifrət edirlər`
  26 Sentyabr 2014    Oxunub:2542
Azərbaycan heyrətamiz ölkədir, Bakı isə çox gözəl şəhərdir.
"Bunu jurnalistlərə Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Bakıya səfəri çərçivəsində deyib.

Azərbaycanda rus dilinin qorunması haqqında suala cavab verən rusiyalı siyasətçi deyib ki, bu ölkədə rus dilinin belə qorunması gözəldir.

LDPR sədri bildirib: "Azərbaycana ilk dəfə gəlirəm, daha əvvəl burada olmamışam. Mənim təəssüratlarım çox gözəldir, gözəl ölkəniz, çox yaxşı rəhbəriniz var".

Yeri gəlmişkən, V.Jirinovski Bakı şəhərindəki 23 saylı orta məktəbdə olub və orada 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib. O, şagirdlərdən Turgenev və onun “Mumu” əsəri barədə məlumatlı olub-olmadıqlarını soruşub, sonra 10-cu sinif şagirdləri ilə görüşüb, onlara müxtəlif suallar verib, şagirdlərə hədiyyə kimi odekolon və digər parfüm paylayıb. Şagirdlərdən biri V. Jirinovskiyə onun öz portretini hədiyyə edib.

V. Jirinovski jurnalistlərə açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, burada insanların rus dilində çox yaxşı danışdıqlarını bildirib. O, Azərbaycanda barəsində mənfi fikir formalaşmasına və hazırda Azərbaycan barədə müsbət fikirlər söyləməsinin səbəblərinə də aydınlıq gətirib: “Bu, yanlış anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbasa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılma olur”.(trend)


Teqlər:



Xəbər lenti