Ekspertlərin ASANla bağlı rəyləri

Ekspertlərin ASANla bağlı rəyləri
  26 Sentyabr 2014    Oxunub:2581
25 sentyabr 2014-cü il tarixində Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfransa qatılan ekspertlər ASAN Xidmətlə bağlı fikirlərini bölüşüblər.

AzVision.az
həmin fikirləri təqdim edir.

Dieter Şimanke, İdarəçilik elmləri üzrə beynəlxalq institutun Almaniya bölməsinin vitse –prezidenti:

- Baxmayaraq ki ,“ASAN xidmət”- iki ildir yaranıb, ancaq bu müddət ərzində qurum tam inkişaf etmiş və bir neçə mərkəzini formalaşdıra bilmişdir. “ASAN xidmət”-in təkcə Bakı sakinləri üçün olmadığını nəzərə alsaq, bu istiqamətdə Səyyar ASAN xidmətin fəaliyyəti təqdirəlayiqdir. Bu həm Sizin xidmətiniz həm də vətəndaşların istəklərinin gerçəyə çevrilməsidir.

Timea Baltay, Macarıstan Baş Nazirinin Aparatında Ərazi Dövlət Administrasiyası üzrə dövlət nazirinin müavini:



- “ASAN xidmət” inkişafın fərqli nümunəsidir. Bucür xidmətlərin mövcudluğu gələcək inkişafın göstəricisidir. Konfransda müxtəlif ölkələrdən çoxsaylı qonaqların olması mövzunun aktuallığını nümayiş etdirir. “ASAN xidmət” modelinin özünəməxsusluğu ənənəvi deyil daha müasir – innovativ texnologiyalarla işləməsidir. Düşünürəm ki, elektron hökumət üzrə çalışan ölkələr də bu cür modellə tanış olmaq istərdilər. “ASAN xidmət” mərkəzlərinə birbaşa müraciət imkanı olmayan fiziki cəhətdən məhdud vətəndaşların digər vətəndaşlarla birgə Səyyar ASAN xidmətdən yararlana bilməsi çox maraqlı və faydalıdır”.

Türksel Kaya, Bensghir, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər komitəsinin üzvü, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun Professoru:



- Öncə belə yüksək səviyyədə təşkil olunmuş və əhəmiyyətli mövzunu əhatə edən konfransda iştirak etdiyim üçün çox məmnunam. Əvvəla, ən çox diqqətimi cəlb edən məqama toxunmaq istərdim: bu əlbəttə, səyyar xidmətlə bağlıdır. Bu dövlət xidmətlərin vətəndaşlara nə qədər yaxın və asan olduğunun bir göstəricisidir. Xüsusi ilə vurğulamaq istədiyim ikinci məqam isə xidmət zamanı məmur və vətəndaş arasında yaradılmış səmimiyyət və şəffaflıqdır. Əlbəttə ki, bu insanların xidmətə olan inamını artırır. Ümid edirəm gələcəkdə gənclərin bu cür xidmətlərdə iştirakı daha da geniş olacaq.



Teqlər:



Xəbər lenti