DİN əməliyyat keçirdi - 44 nəfər həbs edildi

DİN əməliyyat keçirdi - 44 nəfər həbs edildi
  27 Sentyabr 2014    Oxunub:1902
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 69 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti