Ermənilər Həsən Həsənovun meyitini qaytarır

Ermənilər Həsən Həsənovun meyitini qaytarır
  27 Sentyabr 2014    Oxunub:1772
Qondarma "Dağlıq Qarabağ respublikası" Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitini qaytarmağa hazır olduqlarını bəyan ediblər.
AzVision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılmışdı.



Teqlər:  





Xəbər lenti