Həbsxanaya araq keçirmək istədilər

Həbsxanaya araq keçirmək istədilər
  27 Sentyabr 2014    Oxunub:1508
“Qax" suyu qabına gizli yolla doldurulmuş spirtli içki – araq aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mustafa Həmzət oğlu Hacıyevin yanına qısamüddətli görüşə gəlmiş oğlu, Zaqatala rayon, Aşağı Tala kənd sakini vətəndaş Elvin Mustafa oğlu Hacıyevin üzərinə və əşyalarına baxış keçirilən zaman onun gətirdiyi sovqatın içərisindən bir ədəd “Qax" suyu qabına gizli yolla doldurulmuş spirtli içki – araq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti