Bu gün muzeylərə giriş pulsuzdur

Bu gün muzeylərə giriş pulsuzdur
  27 Sentyabr 2014    Oxunub:1454
27 sentyabr Beynəlxalq Turizm Günü münasibətilə muzeylərə giriş pulsuz olacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü il "Ümumdünya Turizm Günü"-nün qeyd olunması münasibəti ilə 27 sentyabr tarixində saat 10:00-dan nazirliyin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) elan olunub.

Bu tədbirlər çərçivəsində 27 sentyabr tarixində axşam saatlarında İçəri şəhər (Qız Qalası yaxınlığında) 17:00-dan, Filarmoniya bağı 19:00-dan və Fəvvarələr meydanı ərazisində 20:00-dan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün iki saatlıq proqramla canlı Caz musiqisinin ifa edilməsi də nəzərdə tutulub.


Teqlər:



Xəbər lenti