İsa Qəmbər: `Obama bizi təbrik etmədi` - Yenilənir

İsa Qəmbər: `Obama bizi təbrik etmədi` - Yenilənir
  27 Sentyabr 2014    Oxunub:2646
Müsavat Partiyasının VIII qurultayı öz işinə başlayıb. Qurultay Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilir.

AzVision.az-ın qurultayda iştirak edən əməkdaşının bildirdiyinə görə, başqan seçimlərinin təxminən saat 13:00-da başlaması planlaşdırılır. Nəzərdə tutulub ki, səsvermədən sonra saat 17:00-da səslərin nəticələri elan ediləcək.

***

İsa Qəmbər çıxışında müxalifət təmsilçilərinin qurultaya çağırılmamasına aydınlıq gətirib. Bildirib ki, Müsavat qurultaya heç kimi dəvət etməyib.

`Qurultaya heç kimi dəvət etməmişik. Müsavat partiyası xalqın üzünə açıqdı. Dostlardan kim gəlib iştirak etmək istəyirdisə buyub gələ bilərlər.`

İsa Qəmbər daha sonra yarızarafat qurultay iştirakçılarının diqqətinə çatdırıb ki, BMT-nin baş katibi Pan Gi Mun və ABŞ prezidenti Barak Obama onları qurultay münasibəti ilə təbrik etməyib.

***
Başqanın hesabatı, təşkilati işlər, seçkili orqanlara nümayəndələrin qeydə alınması gündəlikdə qəbul edilib.

Reqlament belə nəzərdə tutulub ki, ilk 1 saat başqan və qonaqlar çıxış etsin. Sonra 15 dəqiqə fasilədən sonra MNTK hesabatı olacaq. Bundan sonra cari məsələlərə baxılacaq. Başqan və MNTK seçkilərinin nəticələri bu gün qurultayda açıqlanacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti